bazar ertəsi 11 may 2026 - 16:44
Bəhreyn Əl-Xəlifə rejimi niyə şiə alim və ruhanilərə qarşı genişmiqyaslı repressiyalara əl atır? / Bəhreyn şiələrinin planlı şəkildə hədəfə alınmasında Birləşmiş Ərəb Əmirliklərinin rolu

Bəhreyn İnsan Haqları Cəmiyyətinin rəhbəri bildirib ki, Bəhreynin təhlükəsizlik orqanları Birləşmiş Ərəb Əmirliklərinin təşviqi ilə şiə icmasını məhv etməyə çalışır. Onun sözlərinə görə, saxlanılanlar arasında tanınmış alimlər, cümə və camaat imamları, dini hövzələrin rəhbərləri, dini mərcələrin nümayəndələri, eləcə də müəllimlər, xətiblər və dini təbliğatçılar yer alır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ramazan ayında baş vermiş məcburi müharibədən sonra Əl-Xəlifə rejiminin Bəhreyn şiələrinə qarşı repressiv tədbirləri daha da güclənib. Bəhreyn vətəndaşlarının həbs və işgəncəyə məruz qalması, onlarla bəhreynlinin sürgün və vətəndaşlıqdan məhrum edilməsi Əl-Xəlifə diktatura rejiminin repressiv siyasətinin tərkib hissəsidir. Əl-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynin müxtəlif bölgələrində şiə alimlərinin evlərinə vəhşicəsinə basqın edərək onlarla ruhani və din alimini həbs edib.

Əl-Xəlifə rejimi tərəfindən həyata keçirilən genişmiqyaslı özbaşına həbslər təhlükəsizlik yönümlü siyasətin daha da sərtləşdirildiyini, həmçinin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də bunun Bəhreynə birbaşa təsirləri ilə bağlı siyasi baxışlarını dinc şəkildə ifadə edən vətəndaşlara qarşı sistemli repressiya siyasətinin davam etdirildiyini göstərir.

Baş verən hadisələrdən sonra Bəhreyn hakimiyyəti qadın və uşaqlar da daxil olmaqla 300-dən çox vətəndaşı həbs edib, həmçinin bir vətəndaşı qanundan kənar şəkildə qətlə yetirib.

Əl-Xəlifə zalım rejiminin cinayətləri ilə bağlı daha ətraflı məlumat almaq üçün Bəhreyn İnsan Haqları Cəmiyyətinin rəhbəri Baqir Dərvişlə müsahibə etdik. Həmin müsahibənin  tam mətni aşağıdakı kimidir:

Əl-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən Bəhreyndə alim və ruhanilərin geniş şəkildə həbs edilməsinin məqsədi nədir? Birləşmiş Ərəb Əmirlikləri bu cinayətlərdə hansı rolu oynayır?

Bəhreynin təhlükəsizlik qurumları Birləşmiş Ərəb Əmirliklərinin təşviqi ilə şiə cəmiyyətini məhv etməyə çalışır. Belə ki, dini işlərin dövlətdən müstəqil olması, Bəhreynin dini dairələri və İslam cəmiyyətinin İran İslam Respublikasına qarşı təcavüzkar müharibəni dəstəkləməməsi, həmçinin Bəhreyn alimlərinin işğalçı rejimlə münasibətlərin normallaşdırılması layihələrinə qarşı çıxması onlar üçün qəbuledilməzdir.

Şiələrə qarşı bu repressiyalar Bəhreynin siyasi tarixində görünməmiş səviyyəyə çatıb. Həbs olunanlar arasında tanınmış alimlər, cümə və camaat imamları, dini hövzələrin rəhbərləri,  müqəddəs Nəcəf və  Qum şəhərlərindəki mərcəyi-təqlidləri nümayəndələri, hövzə müəllimləri, xətiblər və təbliğatçılar yer alır. Həmçinin Ayətullah Şeyx İsa Qasimin rəhbərliyi altında fəaliyyət göstərən “İslam Alimləri Məclisi”nin bəzi təsisçi üzvləri də həbs edilənlər arasındadır.

Daxili İşlər Nazirliyinin bəyanatlarında dini hövzələrin, Hüseyniyyə heyətlərinin, məscidlərin, hüseyniyyələrin, uşaq bağçalarının, İslam müəssisələrinin və hətta fiqhi hökmlərin rolu barədə danışılır. Bu isə hakimiyyətin şiə məzhəbinə bağlı bütün bu mərkəzlərə qarşı geniş məhdudiyyət kampaniyasına zəmin hazırladığını göstərir.

Hakimiyyət daha da irəli gedərək şiələrin etiqadlarını cinayət kimi təqdim etməyə başlayıb. Belə ki, “vilayəti-fəqih” anlayışını terrorizm adlandırır, halbuki həqiqi terrorizm Bəhreyndəki ABŞ hərbi bazalarında mövcuddur.

İslam dünyasının alimləri, ziyalıları və mütəfəkkirləri zülm altında olan Bəhreyn şiələri qarşısında hansı vəzifələri daşıyırlar?

Zəruridir ki, alim və mütəfəkkirlər bəyanatlar yayaraq Bəhreyn şiələrinə qarşı məzhəbçi təhrikləri pisləsin, dini müxtəlifliyə və vətəndaş hüquqlarına hörmətin vacibliyini vurğulasınlar. Həmçinin baş verənləri dünya şiələrinin etiqad və inanclarına qarşı cinayət kimi qiymətləndirsinlər.

Cümə imamları, dini hövzələr və İslam qurumları tərəfindən Bəhreyndə şiələrə qarşı məzhəbçi repressiyaları pisləyən bəyanatların verilməsi mühüm və təsirli nəticələr doğura bilər.

Media orqanlarının Bəhreyndə insan haqlarına qarşı törədilən cinayətlərin ifşasında hansı missiya və məsuliyyəti var?

Media həqiqətlərin üzə çıxarılması, xalqın əziyyət və problemlərinin işıqlandırılması baxımından mənəvi və peşəkar məsuliyyət daşıyır. Bu, hüquq pozuntularının və təcavüz hallarının gündəmdə saxlanılması yolu ilə həyata keçirilə bilər. Eyni zamanda media işıqlandırması bu məsələnin dünya ictimai rəyindən təcrid olunmasının qarşısını alır və Bəhreyn şiələrinə qarşı məzhəbçi ayrı-seçkilik və təzyiqlərin genişlənməsinə qarşı real təzyiqin formalaşmasına kömək edir.

Bu səbəbdən televiziya və radio proqramlarına, xəbər reportajlarına və sosial şəbəkələrdə həmrəylik kampaniyalarına ciddi ehtiyac var.

Qeyd edək ki, Bəhreynin zalım və muzdlu rejimi son günlər əsassız ittihamlarla çox sayda alim və ruhanini həbs edib. Həbs olunanların adları aşağıdakılardır:

Şeyx Mahmud əl-Ali

Şeyx Əli əs-Sədədi

Şeyx Məhəmməd Sənqur

Şeyx Əli Həmidan

Şeyx Casim əl-Mömin

Şeyx Əli Rəhmə

Şeyx Həmid Aşur

Şeyx Fazil əz-Zaki

Şeyx Rəzi əl-Qəffas

Şeyx Münir əl-Mətuq

Şeyx Qazi əs-Səmmak

Şeyx Sadiq əl-Afiyə

Şeyx Əli əl-Mütəğəvvi

Şeyx Məhəmməd Cavad əş-Şəhabi

Şeyx Hani əl-Bənna

Şeyx Casim əl-Xəyyat

Şeyx Məhəmməd əl-Xərsi

Şeyx Mahmud Aşur əs-Sədədi

Şeyx Əyyub əl-Bəhrani

Şeyx İsa əl-Mömin

Şeyx Cəmil əl-Ali

Seyid Məhəmməd əl-Qərifi

Şeyx Əli Naci əl-Həməli

Şeyx Baqir əl-Həvvac

Seyid Əhməd əl-Ğərifi

Seyid Sadiq əl-Maliki

Şeyx Hüseyn əl-Məhrus

Şeyx Əli Həsən əs-Sibeyi

Seyid Hüseyn əl-Kərani

Seyid Talib Məhəmməd

Şeyx Əli Səlim

Şeyx Əli Sənəd

Şeyx Əbdülhüseyn əl-Əkri

Şeyx Fazil Dəhnim əs-Sitri

Şeyx Sadiq əd-Dərazi

Şeyx Fuad əl-Mübarək

Seyid Musa əl-Vədai

Şeyx Raid əs-Sitri

Seyid Məcid əl-Məşəl

Şeyx Həsən əl-Qəssab

Seyid Hatəm əl-Ələvi

Şeyx Əhməd əl-Hayəki

Şeyx Əziz əl-Xuzran

Seyid Sadiq əl-Hicri


Xəbərin sonu.

Rəyiniz

You are replying to: .
captcha